"Sağlam qidalanma və sağlamlıq" haqqında söhbətlər
Məktəbin həkimi Həsənova Dilarə, tibb bacısı Ağabəyli Zinyət və biologiya müəllimi İmanova Günel 8 c sinif şagirdləri ilə "Sağlam qidalanma və sağlamlıq" haqqında söhbətlər apardılar. Qeyd olundu ki, sağlam yaşamağın açarı ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Hər bir şeyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər.