Pedaqoji şuranın iclası keçirildi

  17.11.2023-cu il tarixində Pedaqoji şuranın iclası keçirildi. İclasda məktəbin direktoru Nəriman Məmmədzadə çıxış edərək pedaqoji heyət ilə birgə şagirdlərin dərsə davamiyyəti, məktəbli forması, müəllimlərin etik davranış qaydaları, risk qrupuna daxil olan şagirdlər , məktəb sənədləşməsi, xarici dilin tədrisi vəziyyəti, elektron jurnal ilə bağlı mövzular müzakirə olundu. İclasın sonunda 8 Noyabr "Zəfər günü" tədbirində fəal iştirak etdiyinə görə məktəb rəhbərliyi tərəfindən məktəbin məktəbdənkənar və sinifdənxaric işləri üzrə təşkilatçısı İlahə Quliyeva, musiqi müəllimi Afət Orucova və həmçinin məktəbin ictimai işlərində fəallığı və şagirdlərdə yaradıcılıq qabiliyyətinin inkişafında göstərdiyi xidmətlərinə görə təsviri incəsənət müəllimi Aybəniz Pənahova və texnologiya müəllimi Könül Rəcəbova Fəxri Fərman ilə təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi