Heydər Əliyev mərkəzinə ekskursiya

  Məktəbin 8A sinif şagirdləri sinif rəhbəri Məmmədzadə Nərgizin rəhbərliyi ilə 12.11.2023 cü il tarixində Heydər Əliyev mərkəzinə getdilər. 

Şagirdlər sinif rəhbəri və mərkəzin bələdçisi Həcər xanımla birlikdə mərkəzin muzeyini gəzdilər.

Üç mərtəbədən ibarət olan muzeydə Azərbaycan tarixinin və ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, fotolar, video materiallar və digər ünikal eksponatlarla tanış oldular.

Şagirdlər Kukla sərgisi, musiqi alətlərindən ibarət sərgi, Ağqoyunlu hökmdarı Uzun Həsənin 600 illiyinə həsr olunmuş sərgini ziyarət etdilər. Eyni zamanda Azərbaycan xalçaçılıq sənətinə aid nümunələrlə tanış oldular. 

Ən sonda isə Klassik avtomobil sərgisini ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi