8 Noyabr-Zəfər günü münasibətilə “Sənə Zəfər yaraşır” adlı tədbir keçirildi

  8 Noyabr-Zəfər günü münasibətilə Maştağa qəsəbəsi H.Abbasov adına Mədəniyyət Mərkəzində Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəb və YAP Sabunçu rayon təşkilatı ilə birgə “Sənə Zəfər yaraşır” adlı tədbir keçirildi. Tədbir ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükut ilə yad olundu. Məktəbin direktoru Nəriman Məmmədzadə gələn qonaqları salamlayaraq bu tədbirə təşrif buyurduqlarına görə öz təşəkkürünü bildirdi.

Tədbirdə mötəbər qonaqlar Şəhid anaları, qazilər, YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və məktəb direktorları iştirak edirdi. 11 b sinif şagirdləri Quliyev Canpolad və Qurbanova Samara tədbirin aparıcıları qismində çıxış etdilər.Məktəbin istedadlı şagirdləri Əliyeva İlahə, Nurməmmədova Fatimə (10a)

Cəfərzadə Əminağa, Rəhimov Əli (11b) ,Novruzov Mirhəmid, Quliyev Adəm(11a), Ağabəyli Hüseyn (9c),Əsgərov Nəriman(11a) və digər şagirdlər Şəhidlərə həsr olunmuş səhnəciklə çıxış edərək, ədəbi-bədii kompozisiya nümayiş etdilər. Musiqi müəllimi Afət Orucova məktəbin xor kollektivi ilə birgə səsləndirdiyi musiqi nömrələri ilə çıxış etdilər. 8ç sinif şagirdi Atababayeva Leyla "Xarı bülbül" rəqsini ifa etdi. Şagirdlərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Vətənpərvərlik mahnılarının əvəzsiz ifaçısı Şəmistan Əlizamanlı öz mahnıları ilə tədbiri davam etdirdi. 8 b sinif şagirdi Hüseynova Fatimə tədbir müddətində Şəmistan Əlizamanlının portretini çəkərək ona təqdim etdi. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi