Zəfər günü ilə əlaqədar şeir müsabiqəsi

  "7-dən 17-yə vətənpərvər!" layihəsi çərçivəsində məktəblilərin Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissinin gücləndirilməsi məqsədilə məktəbdə "Zəfər günü" və "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü " münasibətilə şeir müsabiqəsi keçirildi. Müsabiqədə V-IX sinif şagirdləri çıxış edərək vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Münsiflər heyəti olan məktəbin direktoru Nəriman Məmmədzadə, tərbiyə işləri üzrə direktor müavini İlahə Quliyeva, məktəbin psixoloqu Tükəzban Bayramova, Azərbaycan dili müəllimləri Əliyeva Natəvan, Qulamova Şəhla, Əliyeva Günel şagirdləri dinlədilər. Sonda münsiflər heyətinin rəyi əsasında qaliblər seçildi.

1-ci yerə Əliyeva Nərgiz (6ç) və Vəliyeva Töhfə (7ç)

2-ci yerə Atababayeva Leyla (8ç)və Süleymanlı Nilufər (8b)

3-cü yerə Əliyev İskəndər (7a), Nəcəfova Aydan və Kərimli Nərgiz(6ç) layiq görüldü. Şagirdlərimizi ürəkdən təbrik edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi