"Şanlı Zəfər Tarixi" adlı sərgi-müsabiqə keçirildi.

  Məktəbimizin VII-XI sinif şagirdləri arasında "Şanlı Zəfər Tarixi" adlı sərgi-müsabiqə keçirildi. Rəsm müsabiqəsinin məqsədi gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onlarda vətənpərvərlik ruhunun daha da artırılması, tarixi qələbəni gənclərin gözü ilə görmək və onların inkişafını dəstəkləməkdən ibarət idi. Təsviri incəsənət müəllimi Pənahova Aybəniz qeyd etdi ki, gənc rəssamlarımız təsvir etdikləri kompozisiyalarda 44 günlük vətən müharibəsini, Qarabağın əzəmətli mənzərəsini, vətənin hər qarışını qanları bahasına alan şücaətli ordumuzu və ali baş komandanımızı uğurla əks etdirmişlər.

Sərgiyə baxış və iştirakçıların qiymətləndirilməsində məktəbin direktoru Məmmədzadə Nəriman, təşkilatçı Quliyeva İlahə, uşaq birliyi rəhbəri Pənahova Aygün iştirak etdi. Sərgi-müsabiqədə iştirak edən şagirdlərdən H.Yeganə (11a), D.Səbinə (10b), Ə.Zəhraxnım (8b), H.Fatimə (8b) fərqlənmə diplomu, Ə.Nərgiz (10a), B.Bilal (9c), A.Mədinə (8c), X.Xədicə (8c), D.Hacıbala (8c), K.Fatimə (8c), A.Leyla (8ç), K.Zəhra (8ç), Z.Həmidə (8ç), A.Aliyə (7a), M.Safura (7a) isə təşəkkürnamə ilə təltif edildilər. Eyni zamanda sərginin təşkil edilməsində əməyinə görə təsviri incəsənət müəllimi Pənahova Aybənizə rəhbərlik tərəfindən təşəkkürnamə təqdim edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi