Pərvinə Qədimova beynəlxalq seminarda məktəbi təmsil edib
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə 27-30 yanvar tarixlərində Avropa İttifaqi və Avropa Şurasının Birgə Proqramı "Şərq Tərəfdaşlığı Ölkələrində İnsan Hüquqlarının Tədrisi və Demokratik Vətəndaşlığın Təşviqi" layihəsi çərçivəsində ibtidai sinif müəllimləri üçün “İbtidai siniflərdə demokratiya və insan hüquqlarının tədrisi” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda 108 nömrəli tam orta məktəbi ibtidai sinif müəllimi Pərvinə Qədimova təmsil etmişdir. Qazanılmış bilik və bacarıqlar məktəbdə keçirilən iclasda müzakirə olunmuş və seminarda olanlar haqqında digər müəllim yoldaşlar da məlumatlandırılmışdır.