Məktəbdə "Kiçik Akademiyanın " növbəti iclası keçirilidi
Məktəbdə təşkil olunan "Kiçik Akademiya"nın humanitar fənlərinin növbəti iclası keçirildi. İclasda şagirdlər hazırladıqları məruzələrlə çıxış etdilər. Akademiyanın prezidenti İsmayıllı Orxan kimya fəninndən "Polimerlər " mövzusunda məruzə ilə çıxış etdi. Riyzaiyyat fənni üzrə Qənbərova Mülayim "Ədədi silsilə" mövzusunda çıxış etdi. Texnologiya fənni üzrə Allahverdiyev Xalid hazırladığı "Əkiz qüllələr " modelini təqdim edərək məlumat verdi. Sadıqov Bəybala hazırladığı "Raket" modelini təqdim etdi və onun haqqında məlumat verdi. Məmmədzadə Nuranə də hazırladığı modeli təqdim etdi. Quliyeva Afət "Dekarativ tətbiqi sənət" nümunəsi hazırlamışdı. Təsviri incəsənət fənni üzrə Babayeva Şəms "Ekologiya və təbiəti qoruyaq " mövzusunda , Əzimli Tünzalə və Əliyeva Nuranə insan ruhunu əks etdirən təbiət modelləri rəsmlərini nümayiş etdirdilər və haqqında məlumat verdilər. Ədəbiyyat fənni üzrə isə Quliyev Məhəmməd "Repressiya dövründə Azərbaycan ədəbiyyatı" mövzusunda məruzə ilə çıxış etdi.