"Fransız dili dərslərinin təşkili və keçirilməsində rəqəmsal texnologiyaların tətbiqi" mövzusunda seminar

  Məktəbin Fransız dili müəllimi Nərgiz Məmmədzadə 27 oktyabr tarixində Azərbaycan Dillər Universitetində "Fransız dili dərslərinin təşkili və keçirilməsində rəqəmsal texnologiyaların tətbiqi" ( " İntégrer le numérique pour dynamiser la classe de FLE) mövzusunda keçirilən seminarda iştirak etmişdir. 

Seminarda Azərbaycan Fransız Dili Müəllimləri Assosiasiyasının direktoru Gülbəniz Camalova, baş katibi Günay Məmmədova və fransız dili müəllimləri iştirak etmişdir. 

Seminarda Ülfət İbrahim fransız dili dərslərində rəqəmsal texnologiyalarının tətbiqindən danışmış, dərslərin keçirilməsində faydalı olacaq internet resursları haqqında məlumatlar vermişdir. 

Qeyd edək ki, bu internet resursları hər yaş dövrlərini əhatə edən şagirdlər üçün istifadə edilə bilər. 

Seminarın sonunda müəllimlərə sertifikat təqdim olunmuşdur.

Müəlliməyə müəllimlik fəaliyyətində uğurlar arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi