74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM İnnovasiya Mərkəzində tədbir

   74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində STEAM İnnovasiya Mərkəzində möhtəşəm tədbir keçirildi. 30 sentyabr tarixində baş tutan tədbirdə müəllimimiz Rəcəbova Könül də iştirak etdi. Elm və Təhsil Nazirliyinin , STEAM layihəsinin və Azercosmosun birgə təşkilatçılığı ilə keçirilən “Kosmik Təhsil.Müəllimlərin Peşəkar İnkişafı üçün İnteraktiv Təlim”də Yaponiyanın JAXA Kosmik Təhsil Mərkəzinin nümayəndələri, Azərbaycan Respublikası Kosmik Agentliyinin nümayəndəlıəri və 50 STEAM müəllimi iştirak etdi. Tədbirdə Azərbaycan Respublikası Kosmik Agentliyinin İdarə Heyətinin sədr müavini Fuad Aslanov, STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) nümayəndəsi Şinqo Maruoka, JAXA-nın Kosmik Təhsil İdarəsinin direktoru Keyt Kitagava çıxış etdilər. Çıxış edənlər ölkəmizin kosmik sahədə inkişafından, təmsil etdikləri qurumun kosmik proqramları haqqında, Beynəlxalq Kosmik Təhsil Şurası (ISEB) və aerokosmik təhsil haqqında məlumat verdilər. Müəllimlər STEAM mərkəzindəki aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya,ideya emalatxanası, “Heureka Classics” otaqları, robotların hazırlanması laboratoriyası, “3D hologram”, VR/AR otaqlar, STEAM TV studiyası ilə yaxından tanış oldular. Sonda müəllimlərə sertifikat verildi və xatirə şəkil çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi