"Mən və mənim əhatəm", "Fərdi gigiyena qaydaları" haqqında söhbətlər
Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda 29.09.2023 cü il tarixində 9ç sinif şagirdləri ilə məktəbin psixoloqu Tükəzban Bayramova "Mən və mənim əhatəm", "Fərdi gigiyena qaydaları" haqqında söhbətlər apardı. Diskussiya zamanı oğlan və qız arasındakı dostluq münasibətləri, dostluğun onlar üçün əhəmiyyəti müzakirə olundu. Şagirdlər şəxsi və ümumi gigiyena qaydalarını şərh etdilər. Sonda şagirdlər dostluq və gigiyena qaydaları barədə zəruri informasiyalar əldə etmiş oldular.