Məktəbdə mütaliə vərdişlərini təkmilləşdirmək məqsədilə dəyirmi masa keçirildi

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ili üçün Fəaliyyət planına əsasən məktəb kitabxanasında məktəblilərin mütailə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycanın tarixi keçmişi, görkəmli şəxsiyyətləri və qəhrəmanlıq səlnaməsinə həsr edilən dəyirmi masa keçirildi. Məktəb kitabxanaçısı Ələkbərova Ofella çıxış edərək bildirdi ki, Azərbaycan qədim tarixi keçmişə malik dövlətdir. Əsrlər boyu yadelli işğalçıların amansız təcavüzü ilə qarşılaşmasından , hətta əsarət altına düşməsindən asılı olmayaraq beynəlxalq aləmdə tanınmış və güclü şəxsiyyətlərin sayına görə heç bir xalqdan geri qalmamışdır. Azərbaycan tarixində yüzlərlə parlaq şəxsiyyət olmuşdur. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər. Xalqımızın ümumilli lideri Heydər Əliyev, Azərbaycanın qədim hökmdarlarından olan İranzu, Cavanşir, Şəmsəddin Eldəgiz, Şirvanşah I İsmayıl, Babək də belə şəxsiyyətlərdəndir. Azərbaycanın tarixi keçmişi, görkəmli şəxsiyyətləri və qəhrəmanlıq səlnaməsinə həsr olunmuş bəzi elmi bədii -publisist, bədii əsərlər şagirdlərə tövsiyyə olundu. Bundan əlavə məktəb foyesində təşkil olunan açıq kitabxana şagirdlərin ixtiyarına verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi