27 Sentyabr anım günü yad edildi
27 Sentyabr anım günü ilə əlaqədar məktəbin tarix müəllimi Elşad Qasımov məktəb şagirdləri ilə dəyirmi masa keçirdi. Dəyirmi masada məktəbin tərbiyə işləri üzrə direktor müavini İlahə Quliyeva, kitabxana müdiri Natavan Həsənova və kitabxanaçı Ofella Ələkbərova da iştirak edirdi. Elşad müəllim şagirdlərlə diskussiya apararaq 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana növbəti dəfə təxribatının qarşısının alınması məqsədilə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuzun əks hücum əməliyyatı nəticəsində uzun illər düşmən tapdağı altında olan torpaqlarımız yağı düşmən tapdağından azad edilməsindən danışdı. Həmçinin İlahə Quliyeva da diskussiyaya qoşularaq qeyd etdi ki, Azərbaycan bu gün qalib dövlət kimi yaşayır, bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.