STEAM dərsində “Molekulyar əlifba”
8 d sinfində STEAM dərsində “Molekulyar əlifba” mövzusu keçirildi. Müəllim Rəcəbova Könül şagirdlərə kimliyi necə müəyyən etmək olar sualı ilə müraciət etdi. Şagirdlərin cavablarına əsasən DNT və barmaq izinin şəxsiyyəti müəyyən etmək üsulu olduğu açıqlandı. Şagirdlər BİBÖ cədvəlinin birinci və ikinci xanasını doldurdu. Müəllim DNT və barmaq izləri haqqında şagirdlərə məlumat verdi. Qruplar ( Şerlok Xolms və Doktor Vatson qrupu) tədqiqat işinə başladı. Hər bir qrupa Alfa dəsti təqdim olundu. Kiçik xəfiyyələr tədqiqata başladı. Hər qrup digər qrupun stəkanda və kağızda qoyduğu barmaq izini müəyyən etməyə çalışdı. Şagirdlər toplanan barmaq izlərini araşdırıb barmaq izinin kimə məxsus olduğunu müəyyən etdilər. Dərs çox maraqlı keçdi.