Uşaq Hüquqları Konvensiyası barədə söhbətlər
'Uşaq hüquqları aylığı "çərçivəsində məktəbin psixoloqu Aytac İsmayılzadə IV sinif şagirdləri ilə Uşaq Hüquqları Konvensiyası barədə məlumatlar verdi. O qeyd etdi ki, İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Bu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etrmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Şagirdlər də həmçinin çıxış edərək öz hüquqlarını və onların qorunması məsələlərini müzakirə etdilər və hazırladıqları təqdimatları nümayiş etdilər.