Məktəbdə 20 yanavar şəhidlərinə həsr edilən tədbir keçirildi
19.01.2017-ci il tarixində məktəbdə 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilən tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi ilə bərabər Baki şəhər Mədəniyyət və Turizm nazirliyi, Baki şəhər Mədəniyyət və Turizm İdarəsi ve mədəni tədbirlərin təşkili üzrə mədəni işçilər Qurbanov Ceyhun ve Məmmədov Anar iştirak edirdilər. Mədəniyyət evinin nümayəndələri hazırladıqları kompozisiyanı təqdim etdilər. Sonra söz verildi məktəbin VI "A" sinif şagirdlərinə. Onlarda öz növbəsində hazırladıqları kompozisiyanı təqdim etdilər. Həmin gecənin dəhşətlərini əks etdirən slaydlar nümayiş etdirildi. Tədbirdə həmçinin həmin gecənin qurbanları şəhid Kamal Məmmədovun xalası oğlu Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Salar Məmmədov və Baloğlan Bağırovun qardaşı Salman Bağırov da iştirak edirdi. Onlarda öz növbəsində çıxış edərək həmin gün yaşananlar barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.