"Kiçik Akademiyanın " iclası keçirildi

Məktəbdə yaradılmış "Kiçik Akademiyanın" 2016-2017-ci tədris ilində ilk iclası keçirildi. İclası açıq elan edən məktəbin direktoru Mehtiyeva Narınc Kiçik Akademiyanın mahiyyəti, yaradılma məqsədi, qarşıda duran məsələlərlə bağlı açıqlama verdi. Akademiyanın Prezidenti İsmayıllı Orxan çıxış edərək Akademiya üzvlərinin bir il ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər barədə məlumat verdi. İlk iclasda Akademiyanın humanitar bölməsinin şagirdləri öz layihələrini təqdim etdilər. Şagirdlərdən Tağıyev İmaməli, Yasseri Zəhra "Azərbaycanın Rusiya tərəfindən işğalı", Rüstəmli Həsən , Əliyev Nicat " Səfəvi dövləti XVI əsrin sonunda" mövzusunda məruzələr etdilər. Həmçinin VIII sinif şagirdi Əliyeva Nuranə, Novruzova Gülər, Qubadova Ayan, Cəfərzadə Ləman, İsmayılova Bahar Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə slayd hazırlayıb çıxışlar etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi