"Karikatura və şarj: şəkilli əhvalatlar" mövzusunda interaktiv dərs

  9a sinfində təsviri incəsənət fənnindən "Karikatura və şarj" mövzusunda maraqlı dərs nümunəsi keçirilib. Təsviri incəsənət müəllimi Pənahova Aybəniz karikatura şarj və komikslərin özünəməxsus cəhətlərini, yaranma tarixini slayd nümunələri əsasında izah etmişdir. 

Dərs zamanı ilk karikaturaçı rəssamımız Azərbaycan satirik qrafikasının təməlini qoymuş, xalq rəssamı Əzim Əzimzadənin karikaturaları şagirdlərlə birlikdə təhlil edilmişdir. Eləcə də karikaturaçı rəssamlar S.Şərifzadə, S.Salamzadə, M.Vlasov və başqalarının xidmətləri vurğulanmışdır

Eyni zamanda bir incəsənət növü kimi qraffitinin öz üslubu və cərəyanları haqqında maraqlı nümunələr nümayiş etdirilmişdir. Yaradıcı tapşırıq zamanı şagirdlər müxtəlif şarj, karikatura, komiks və graffiti nümunələri təsvir etmişlər.

https://youtu.be/-AUtsn2YpWA

https://youtu.be/C1fi7s-o6_8

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi