"Rəssam və teatr sənəti" mövzusunda dərs nümunəsi
Təsviri incəsənət müəllimi Pənahova Aybənizin rəhbərliyi ilə 9c sinfində Rəssam və teatr sənəti mövzusunda maraqlı dərs nümunəsi keçirilib. Tədris prosesində rəssam fəaliyyətinin teatr sahəsindəki çox profilli rolu əyani şəkildə nümayiş etdirilib. Teatrda müxtəlif profilli rəssamların- quruluşçu rəssam, rəssam-texnoloq, işıq üzrə rəssam, geyim üzrə rəssam, qrim üzrə rəssam və s. fəaliyyətləri şagirdlərin marağına səbəb olub.