"Tərəvəz xörəklərinin hazırlanması texnologiyası" mövzusunda praktik dərs nümunəsi keçirilib
6c sinfi ilə texnologiya fənnindən praktik dərs nümunəsi təşkil edilib. Qruplar şəklində təşkil olunan dərsdə tərəvəzlərdən salatlar hazırlayan şagirdlər iş zamanı əməkdaşlıq nümayiş etdirib. Eyni zamanda fənn müəllimi Pənahova Aybəniz qeyd edib ki, şagirdlər praktik iş zamanı təhlükəsizlik və sanitar gigiyena qaydalarına xüsusi riayət ediblər. Qrup işinin sonunda komandalar öncədən təyin edilmiş meyarlara əsasən qiymətləndirilib.