Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa
Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar məktəbin kitabxanasında 8 və 9 cu sinif şagirdləri ilə dəyirmi masa keçirildi. Məktəbin təşkilatçısı İlahə Quliyeva çıxış edərək şagirdlərə
bildirdi ki, Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verdi. Şagirdlər də Heydər Əliyevin həyat və fəaliyyətindən danışdılar.Məktəbin kitabxanaçısı Ələkbərova Ofella ulu öndərin həyat yolundan bəhs etdi.