"Gender bərabərliyi" mövzusunda tədbir keçirildi.

    Məktəbin fəaliyyət planına əsasən "Gender bərabərliyi" mövzusunda tədbir keçirildi. Tədbirdə Maştağa qəsəbəsinin tam orta məktəblərinin direktorları, müəllimlər, məktəblilər və valideynlər iştirak edirdilər. Tədbir ilk olaraq məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərləri və divar qəzetlərinə baxış ilə başlandı. Daha sonra məktəblilərin gender əsaslı zorakılıq mövzusu ətrafında hazırladıqları videoçarx və səhnəcikləri nümayiş olundu. Tədbirdə məktəbimizin VII-XI sinif şagirdlərinin gender bərabərliyinə həsr etdikləri rəsm əsərləri, divar qəzeti nümayiş olunurdu. Tədbir məktəbimizin təsviri incəsənət müəllimi Pənahova Aybənizin gender bərabərliyi mövzusunda hazırlaladığı videoçarxla başladı. "Gender zorakılığı-cəmiyyətimizin faciəsi" adlı layihədə XI A sinif şagirdi Həsənli Yeganənin təsvir etdiyi maraqlı rəsmləri nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi