"Heydər Əliyevin xarici siyasət kursu" adlı dəyirmi masa

   Məktəbin tarix müəllimi Bağırlı Kazım 8ç və 9b sinif şagirdləri ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar "Heydər Əliyevin xarici siyasət kursu" mövzusunda dəyirmi masa keçirdi. Müəllim şagirdlərə məlumat verərək qeyd etdi ki, Heydər Əliyevin hakimiyyətə qayıtması xarici siyasətin düzgün aparılmasında və həyata keçirilməsində bir dönüş yaratdı. Heydər Əliyevin xarici siyasətində Azərbaycanın elmini, mədəniyyətini, tarixini dünya dövlətlərinə tanıtmaq, xarici dövlətlərlə bərabərhüquqlu, Azərbaycanın mənafeyinə xidmət edən əlaqələr yaratmaq və Qarabağ probleminin həlli ən mühüm yer tuturdu. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu dinamik şəkildə davam etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri daha da inkişaf edib.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi