"20 Yanvar" hadisəsi ilə bağlı dəyirmi masa keçirildi

Məktəbdə 20 Yanvar 1990-cı il hadisələrini, həmin gün şəhid olan insanları yad etmək məqsədilə müəllim və şagirdlərin iştirakı ilə dəyirmi masa keçirildi. İlk öncə məktəbin direktoru Mehtiyeva Narınc çıxış edərək həmin gün baş vermiş hadisələr haqqında məlumat verdi. O, qeyd etdi ki, həmin gün Azərbaycan tarixinə qara hərflərlə yazılan bir gün oldu. 20 Yanvar gecəsi neçə-neçə azərbaycanlı ailəsinin çırağı söndü, neçə ailə başsız qaldı, neçə ata ananın, balaca övladların gözü yaşlı qaldı. Həmin gecə xatirələrdə silinməz izlər qoydu. Allah elə bir gecəni Azərbaycan tarixinə yazmasın bir daha. Sonra söz verildi məktəbin müəllimi Sadıqova Əzizəyə. O da öz növbəsində həmin gecəylə bağlı xatirələrini danışdı. Həmçinin qeyd etdi ki, həmin o qanlı gecədə həmyerlimiz Kamal Məmmədov da həlak olmuşdu. Hal hazırda 209 saylı məktəb onun adını daşıyır. Bu hadisələrlə bağlı şagirdlərdən X sinif şagirdi İsmayıllı Orxan da öz fikirlərini bildirdi. O, qeyd etdi ki, biz həmin gecənin şahidi olmasaq da , oxuduğumuz zaman gözümüzün önündə canlanır həmin hadisələr.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi