Məktəbdə şagirdlər arasında tibbi müayinə keçirildi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28.01.2016-cı il tarixli "Azərbaycan Respublikasında qeyri -infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" dair 42 nömrəli əmrini və Azərbaycan Respublikası Səhiyyə Nazirliynin 06.10.2016-cı il tarixli "Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" 65 nömrəli əmrinin icrasını təmin etmək məqdəilə məktəbdə qrip və kəskin respirator virus infeksiyalarının yayılmasının qarşısının alınması məqsədilə tibbi müşahidələr aparıldı. Şagirdlər müayinə edildi. Virus xəstəliklərinin profilaktikası barədə maarifləndirmə işi aparıldı.