Məktəbdə "İstedadlar axtarırıq" layihəsinə start verilib
Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 2016-2017-ci tədris ilinin Fəaliyyət Planının 1.3.6 bəndinə əsasən məktəbdə istedadlı şagirdlərin aşkar edilib üzə çıxarılması nəzərdə tutulub. Bu məqsədlə məktəbin psixoloqu Bayramova Tükəzban və Uşaq Birliyi təşkilatı rəhbəri Quliyeva İlahə şagirdlər arasında istedadların aşkara çıxarılması istiqamətində bir sıra tədbirlərin hazırlanmasına start verib.