"Poisson D'avril" - "Gülüş günü" mövzusunda təqdimat
Məktəbin fransız dili müəllimi Nərgiz Məmmədzadə 1, 5, 6 və 7-ci sinif şagirdləri ilə "Poisson D'avril" - "Gülüş günü" mövzusunda araşdırıb təqdimat hazırladılar.
Bəs siz bilirdiniz 1 aprel niyə gülüş günü kimi qeyd olunur?
Çox - çox uzun illər əvvəl Yeni il 1 aprel günü qeyd olunurdu. Kral Charles IX 1565- çi ildə qərara gəlir ki yeni il yanvarın 1- ə keçirilsin. O dövrdə kommunikasiya vasitələri televiziya, radio telefon olmadığından, çox insan bunu bilmir və 1 apreli yeni il kimi bayramlasirlar, beləcə gülüş günü kimi qeyd olunur.
" Le Parisien" jurnalının 01.04.1986 çi il buraxılışında jurnalistlər belə bir zarafat edirlər: Eyfel qülləsi Marne la vallée- ə köçürüləcək və yerinə futbol stadionunu salınacaq.
Bəs niyə balıq? Bu dəqiq bilinmir.
İnsanlar daha sonra artıq bu günü zarafat günü kimi qeyd edirlər və zarafatlaşırlar. Həmin günü insanlar bir biri ilə zarafat etdikdə artıq qəlblərinə dəymir. Balıq da insanın əlində qalmır sürüşür düşür və bu zarafatlar da insanların qəlblərinə dəyməməsi (sürüşüb düşməsi) üçün balıqla müqayisə edirlər. Başqa bir adət isə bu gündə bir birilərinə balıq göndərmə ənənəsi ilə bağlıdır.