Gənc rəssamlarımız Azərbaycanı layiqincə təmsil ediblər

  14 mart 2023-cü il tarixində Bakı şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "Gənclərin Töhfəsi" İB-nin təşkilatçılığı, Nərimanov rayon Gənclər və İdman İdarəsi, Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi İB-nin tərəfdaşlığı ilə “Türkün Şanlı Zəfəri” adlı beynəlxalq festival layihəsinin bağlanış mərasimi keçirilib.

Beynəlxalq müsabiqədə gənc rəssamlarımız Azərbaycanı layiqincə təmsil ediblər. Belə ki, Darışova Səbinə (9b) ölkə üzrə 1-ci yerə, Həsənli Yeganə (10a) 2-ci yerə, Məmmədzadə Fəridə (11b) 3-cü yerə layiq görülərək, plaketlərlə təltif ediliblər. Festivalda fəal iştirakına görə Atababayeva Leyla (7ç), Cəfərzadə Rəna (10a), Kəlpiyeva Yaqut (11a) və layihənin keçirilməsində göstərdiyi dəstəyə görə təsviri incəsənət müəllimi Pənahova Aybəniz təşəkkürnamə ilə təltif ediliblər. 

Tədbirdə 4 ölkədən, Azərbaycan, Türkiyə, Gürcüstan, Bosniya və Herseqovinadan qaliblər, qonaqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər iştirak ediblər və Qarabağ Zəfərilə bağlı çıxışlar ediblər. Sonda qaliblərə, qonaqlara, iştirakçılara fəxri fərman və hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

Ölkəmizi layiqincə təmsil etdiklərinə görə şagirdlərimizə və müəllimimizə təşəkkür edir, uğurlarının davamlı olmasını arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi