Lütfizadə məntiq olimpiadasına hazırlaşan şagirdlərlə yarışma
Lütfizadə məntiq olimpiadasına hazırlaşan 6a,6c və 6ç sinfindən seçilmiş şagirdlərlə yarışma keçirildi. Yarışda " Məntiq sevərlər", "Zəfər", "Mübariz" komandaları yarışırdı. Şagirdlər yarışda Riyaziyyat müəllimi Aygün Nağızadənin verdiyi tapşırıqları yerinə yetirdilər. Sonda "Mübariz" komandası 10 sualdan 7 suala düzgün cavab verərək I yerə çıxdı. Yarışı izləyən məktəbin direktoru Esmira Məmmədova öz müsbət fikirlərini şagirdlərlə bölüşdü.