Məktəbdə dünya azərbaycanlılarının həmrəylik günü və yeni il şənliyi keçirilib
Məktəbdə XI sinifin şagirdlərinin iştirakı ilə Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə uşaqlar dünya azərbaycanlılarının həmrəylik günü haqda məlumat verdilər. Onlar qeyd etdilər ki " Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan Azərbaycan diasporu tərəfindən qeyd edilir. "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi." Bu gün münasibətilə şagirdlər hamını təbrik etdi və həmişə həmrəy olmaq arzusuyla tədbiri müsiqilərlə rəqslərlə davam etdirdilər.