“DÜŞÜN VƏ YARAT!” rəsm müsabiqəsində uğurumuz
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar
İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində elan
olunmuş “DÜŞÜN VƏ YARAT!” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi 1 mart tarixində saat 16:00-da Xətai Sənət
Mərkəzində açıldı.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini xanım Gülşən Qəribli açaraq qonaqları salamladı. Azərbaycan Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov, Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasımın dosenti Emin Akifoğlu, Azərbaycan Dövlət Rəsm Qalereyasının Ekspozisiya və sərgilər
şöbəsinin müdiri Elçin Hüseyn və Xətai Sənət Mətkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini bölüşdülər. Tədbir sertifikatların təqdim olunması və şəkil çəkdirməklə davam etdi. Həmçinin fəal yaradıcılıq mərkəzləri təşəkkürnamə təltif olundu.
Düşüncənin inkişaf etdirilməsi məqsədilə keçirilən müsabiqənin yekun
sərgisində rəsm əsərləri ilə bərabər müxtəlif materiallardan
hazırlanmış tətbiqi sənət nümunələri ilə bərabər texnoloji sistemlərdə
nümaiş olunurdu. Sərgi fərqi yaş qruplarının müxtəlif janrılarda ortaya
qoyduğu rəngarəng əsərləri ilə yadda qaldı
Nəzərinizə çatdıraq ki, müsabiqədə məktəbimizin istedadlı şagirdləri- D.Səbinə (9b), H.Yeganə (10a), D.Günel (10a), K.Yaqut (11a), Ə.Bəhiyyə (5c), Ə.Zəhraxanım (7b), D.Hacıbala (7c) uğurla iştirak etmiş və sertifikatla təltif edilmişlər. Məktəbimizin fəal iştirakına görə TƏŞƏKKÜRNAMƏ təqdim edilib. Şagirdlərimizi təbrik edir uğurlar arzulayırıq!