Məktəbimizdə idman həftəsi keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. Bu səbəbdən Səmədova Mehriban müəllimin rəhbərliyi ilə 2 c sinif şagirdlərinə idmanın növləri haqqında məlumat verildi. Məktəbin idman müəllimi Hacıyev Rusif gələrək şagirdlərə idmanın növləri haqqında söhbətlər apardı. Daha sonra şagirdlər öz bildillərini müəllim ilə bölüşdülər. Idmanla məşğul olan şagirdlər öz bacarıqlarını nümayiş etdirdilər. Dəfələrlə Dünya-Avropa mükafatşısı, Kikboks idmanı üzrə 5 qat Azərbaycan çempionu, Azərbaycanın əməkdar idman ustası və həmçinin məktəbin idman müəllimi olan Azad Ələsgərov şagirdlərlə görüşərək onlara idmanla məşğul olmağın sağlam həyat tərzinə müsbət təsirlərindən söhbətlər apardı.