Xocalı soyqırımına həsr olunan sərgi təşkil olunub
Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımlarının daha bir qanlı təzahürüdür. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Hər il olduğu kimi bu il de Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar sərgi təşkil edilib. Sərgidə faciəni əks etdirən kompozisiyalar nümayiş olunub. Sərgidə VI-IX sinif şagirdlərinin rəsmləri sərgilənib.Təsviri incəsənət müəllimi Pənahova Aybəniz qeyd edib ki, şagirdlər çəkdikləri rəsmlərdə ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırımı rəngli boyalar və karandaşlarla əks etdiriblər.