Kitabxanada mütaliə
Məktəbin kitabxanaçısı Ələkbərova Ofella, Səmədova Mehriban müəllimin rəhbərlik etdiyi 2c sinif şagirdlərini kitabxanada kitablarla tanış etdi. Mütaliənin insan həyatında, onun bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışdı, məktəbliləri kiçik yaşlarından kitabı sevməyi, onu qorumağı, asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə etdi. Şifahi Xalq Ədəbiyyatının ən çox yayılmış janrı olan "Nağıllar" barədə məlumat verdi. Şagirdlər də öz bildiklərini söylədilər. Daha sonra şagirdlər mütaliə etdilər.