Məktəbdə dekabr ayı "Tarix aylığı " elan edilib
2016-2017-ci tədris ilinin Fəaliyyət planına əsasən dekabr ayı məktəbdə "Tarix aylığı" elan edilib. Aylıq çərçivəsində məktəbdə tarix dərsləri dinlənilmişdir. Müxtəlif mövzularda divar qəzetləri, bülletenlər hazırlanmışdır. Tarixi torpaqlarımız, dövlət xadimlərnə həsr olunan şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil edilmişdir. Məktəblər arası körpu yaradaraq 255 saylı məktəbin VI və VII sinifləri arasında Azərbaycan tarixi fənni üzrə viktorina keçirildi. Viktorinada hər iki məktəbin şagirdləri fəallıq göstərdi. Yarışmanın ən fəallalrına diplom verildi.