"Rəngli dünyam" adlı viktorina keçirildi
Təsviri incəsənət aylığı çərçivəsində 6-cı siniflərin şagirdləri arasında "Rəngli dünyam" adlı maraqlı viktorina keçirilib. Təsviri incəsənət müəllimi Pənahova Aybənizin təşkilatçılığı ilə keçirilən viktorinada istedadlı şagirdlər verilən yaradıcı tapşırığı müxtəlif texnikalarda sərbəst təsvir ediblər. Qruplar şəklində təşkil edilən viktorinada qiymətləndirmə öncədən təyin edilən və şagirdlərə söylənilən meyarlara əsasən aparılıb. Qiymətləndirmə zamanı məktəbin tərbiyə işləri üzrə direktor müavini Quliyeva İlahə və psixoloq Bayramova Tükəzban da fikir bildiriblər. Viktorinanın sonunda maraqlı kompozisiyalar yaradan şagirdlər yüksək qiymətləndirilib və müxtəlif dərəcəli təşəkkürnamələrlə təltif ediliblər. Şagirdlərimizi təbrik edir, dünyalarının daima rəngli olmasını arzulayırıq!