"Spektr və rəng dairəsi" mövzusunda maraqlı dərs nümunəsi
6a sinfində təsviri incəsənət fənnindən "Spektr və rəng dairəsi" mövzusunda maraqlı dərs nümunəsi keçirilib. Fənn müəllimi Pənahova Aybəniz mövzunun izahında müxtəlif video və foto materiallardan istifadə edib. Rənglərin xarakterinə görə növləri, ahəngi, kontrastı və digər xüsusiyyətləri ətraflı müzakirə edilib. Şagirdlər mövzuya dair tapşırıqları cavablandırıblar. Dərsin sonunda yeni biliklərin möhkəmləndirilməsi üçün krossvord həll edilib.