Təsviri incəsənət aylığı çərçivəsində sərgi təşkil edildi.

  Yanvar ayında keçirilən təsviri incəsənət aylığı çərçivəsində məktəbin V-Xl sinifləri üzrə istedadlı şagirdlərin rəsm işlərindən ibarət geniş sərgi təşkil edilib. Təsviri incəsənət müəllimi Pənahova Aybəniz qeyd edib ki, sərgidə 2 mövzu- "Azərbaycanım" və "Qış nağılı" üzrə rəsm əsərləri sərgilənib. Belə ki, gənc rəssamlar ağ örpəyə bürünmüş təbiəti, qış fəslinin gözəlliyini, Şuşada qarlı mənzərəni və digər gözəl Azərbaycan torpaqlarını öz tablolarında rənglərin dili ilə təsvir ediblər. Sərgi məktəb kollektivi və rəhbərlik tərəfindən yüksək qiymətləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi