DOĞMA DİYAR-AZƏRBAYCAN” rəsm müsabiqəsində uğurumuz

   “DOĞMA DİYAR-AZƏRBAYCAN” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirildi.

Dünya Azərbaycanlılarının həmrəylik və birlik gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğuları,həmçinin, vətənpərvərlik və vətən sevgisi hislərinin formalaşmasına xidmət, habelə, böyüməkdə olan nəsilin rəssamlıq sənətinə marağının stimullaşdırılması xidmət məqsədi ilə elan olunmuş “DOĞMA DİYAR-AZƏRBAYCAN” adlı ənənəvi respublika uşaq rəsm müsabiqəsi iştirakçılarının əsərlərinin birinci bölümü sərgiləndi.19 dekabr 2022-ci ildə baş tutan sərgidə 200-dən artiq müsabiqə iştirakçısının əsəri sərgiləndi.Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq sərgi iştirakçılarını salamladı və tədbirin balaca rəssamlara olan əhəmiyyətindən danişdı. Söz alan Azərbaycan Dövlət Rəsm Qalereyası Böyük elmi işçisi,sənətşünas Ziyarət Cabarova öz fikirlərini sərgi iştirakçıları ilə bölüşdü.Tədbir balaca rəssamların müsabiqə haqda öz ürək sözlərini bölüşməklə və sertifikat alanlarla şəkil çəkdirmə davam etdi.

Nəzərinizə çatdıraq ki, müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutmuşdur.

Müsabiqədə uğurla iştirak edən şagirdlərimiz - D. Əli (4 ), N.Rüqəyya (5ç), Ə.Bəhiyyə (5c), Q.Mədinə (6b), V.Töhfə (6ç), M. Safura (6a), D.Hacıbala (7c), Mədinə (7c), M.Mədinə (7c), A.Leyla (7ç), K.Zəhra (7ç), Hüseynova Leyla (8b), Ə.Mədinə (8b), B.Bilal (8c), D.Səbinə (9b), C.Rəna (10a), H. Yeganə (10a), D.Günel (10a), K.Yaqut (11a), M.Fəridə (10b) sertifikatla, məktəbimiz isə fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilmişdir. Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi