Kimyaçı alim Yusif Məmmədəliyevin 117 illiyinə həsr olunmuş Kimya tədbiri

  Bu gün dünyaşöhrətli kimyaçı alim Yusif Məmmədəliyevin 117 illiyinə həsr olunmuş Kimya tədbiri təşkil olundu. Məktəbin kimya müəllimləri Vəliyeva Ayşən və Əliyeva Ləman tədbiri dərs keçdiyi siniflərin şagirdləri ilə birikdə təşkil etdi. 

Tədbir Yusif Məmmədəliyevin haqqında məlumat verilərək başlandı. Kimyaçı alimi canlandıran Ağayev Paşa şagirdlərə alimin dilindən kimyanı sevməyi bildirdi. Eləcə də məktəbin Xor kollektivi “Kimya sən nə qəribəsən” adlı yumoristik mahnını ifa etdilər.

Kimyadan “Etil spirtinin məhkəməsi” adlı kiçik bir yumoristik səhnəcik göstərildi. Etil spirtinin düzgün istifadəsində insan sağlamlığına ziyanı yox, virus və infeksiyalardan qorunmaq məqsədilə istifadəsinin xeyirli olmağı haqqında qərar verildi.

  Sonra şagirdlər bəzi təcrübələri həyata keçirdilər. Azərbaycan haqqında səslənən mahnı sədaları altında üçrəngli bayrağımızın rəngində təcrübəni göstərdilər. Məktəb direktoru Esmira Məmmədova,təşkilatçı İlahə Quliyeva və digər müəllimlər çıxış edərək tədbirə görə müəllim və şagirdlərə təşəkkür etdilər.Və sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirdilər.

Tədbir əyləşərək izləyən müəllim və şagirdlər tərəfindən maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi