Azərbaycan Milli Xalçaçılıq muzeyinə ekskursiya təşkil olundu
Azərbaycan Milli Xalçaçılıq muzeyinə ekskursiya təşkil olundu.
6a sinif şagirdləri sinif rəhbəri Rəcəbova Könül ilə birgə Azərbaycan Milli Xalçaçılıq muzeyinə ekskursiyada oldular. Ekskursiyanın keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtlarıının səmərəli təşkil edilməsi, Azərbaycanın zəngin mədəni irsi, tarixi, maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verməkdən ibarət olub.
Şagirdlər ekskursiya zamanı qədim xalça nümunələri ilə tanış oldular, xalçaların hansı saplarla, alətlərlə və necə toxunduğunu öyrəndilər. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur, kolleksiyalarının böyük hissəsi isə XVII-XX əsrlərə aiddir.Şagirdlər özləri də xalça toxumağa cəhd etdilər. Bələdçi muzeydəki eksponatlar haqqında ətraflı məlumat verdi. Sonda şagirdlər öz təəssüratlarını “Təklif və təşəkkürlər” kitabında qeyd etdilər.