Məktəbin adını daşıyan şəhid məzunumuz C.Nurməmmədovun anım günü keçirildi

11 dekabr məktəbimizin tarixinə qara hərflərlə yazılan bir gündür. Bu tarix məktəbimizin adını daşıdığı Cavid Nadir oğlu Nurməmmədovun həlak olduğu gündür.Ermənistanın Leninakan rayonunda baş vermiş zəlzələ nəticəsində zərərçəkmişlərə yardım etmək məqsədilə göndərilən yardımsevərlərin təyyarəsinə düzgün yol göstərilməməsi nəticəsində partladılan təyyarənin 78 nəfər heyəti içərisində həmyerlimiz Cavid Nurməmmədov da var idi. Böyük arzularla yaşamasına baxmayaraq nankor düşmən onun arzularını ürəyində qoydu.Hər il olduğu kimi bu il də onn əziz xatirəsi məktəb kollektivi tərəfindən yad edildi. Şagirdlər onu xatirəsini əziz tutaraq ona ithaf edilən şeirlər söylədilər.Həmin gün ba. vermi. hadisələri şagirdlərin nəzərinə çatdırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi