“Yol hərəkəti təhlükəsizliyi Qaydalarına əməl edək!” layihəsi davam edir.
“Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi davam edir.
25.11.2022 ci il tarixində Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi sədri Namiq Nəcəfov "Yol hərəkəti təhlükəsizliyi Qaydalarına əməl edək!” layihəsində fəal iştirak edən bir qrup (10 nəfər) yuxarı sinif şagirdlərini rəğbətləndirdi. Belə ki, məktəbin foyesində kiçik mitinq təşkil olundu. Mitinqdə məktəbin direktoru Esmira Məmmədova,məktəbin sinifdənxaric məktəbdənkənar işləri üzrə təşkilatçısı Quliyeva İlahə, təsərrüfat işləri üzrə direktor müavini, həmçinin YAP Maştağa qəsəbəsi təşkilatının sədr müavini Əliyeva Günel, ibtidai sinif müəllimləri Aslanova Aynur,Kazımova Xırdaxanım, Mahmudova Mehriban, Abbaslı Səhər, və könüllülər qrupunun üzvləri Selin Vahabova(8ç), Aysel Əliyeva( 8ç), Əlihüseyn Babayev(8a), Nuriyyə Dadaşzadə (8a), Zeynəb İslamova(8a), Elnarə Mirzəzadə,( 8a), Əli Məmmədov(11b), İsmayıl İsmayılov(11b), Sevinc Heybətova(7b), Südabə Ağasıyeva (8c) toplaşmışdılar. Oriqami Q.H.T.ın sədri Namiq Nəcəfov layihənin uğurla başa çatması münasibəti ilə toplaşanları təbrik etdi, hər bir könüllüyə sertifikat və dəftərçə hədiyyə verildi. Sonda bütün toplaşanların foto şəkilləri çəkildi.