Narkomaniya ilə mübarizə və zərərli vərdişlərə yox deyək" adlı maarifləndirmə tədbiri
22.11.2022 ci il tarixində məktəbin psixoloqları Tükəzban Bayramova və Aytac İsmayılzadənin rəhbərliyi altında "Narkomaniya ilə mübarizə və zərərli vərdişlərə yox deyək" adlı maarifləndirmə tədbiri keçirildi. Tədbirdə 2019-2024-cü illər üçün Dövlət proqramını rəhbər tutaraq narkotik vasitələrin,psixotrop maddələrin qanunsuz dövriyyəsi, yeniyetmə və gənclərə narkomaniya, onun insan, cəmiyyət və bütövlükdə dövlət üçün bəla olması barədə danışıldı. Məqsəd sağlamlığınızı qorumaq,yeniyetmə və gənclərimizi pis vərdişlərdən uzaqlaşdırmaq, onların asudə vaxtını yaxşı təşkil etmək idi. Tədbirdə məktəbin tibb bacısı Ağabəyli Zinyət də zərərli vərdişlərin insan sağlamlığına vurduğu ciddi fəsadlar haqqında şagirdlərə məlumat verdi.