"Qarabağın döyünən ürəyi Şuşa"adlı tədbir

  Məktəbdə “2018 Şuşa ilinə həsr olunmuş “Qarabağın döyünən ürəyi-Şuşa” mövzusunda tədbir təşkil olundu.

Tədbir Azərbaycan himni ilə başladı. Daha sonra isə aparıcılar tədbiri açıq elan etdilər. Qarabağın tarixindən azad olunmasına qədər, Şuşada göz açan dahi şəxsiyyətlərin həyat və yaradıcılığı haqqında, hər bir məlumatlar çatdırıldı.

Qarabağa həsr olunan tədbirdə Əli Rəhimov və Leyla Rəhimova, Nuray-Töhfə Əliyevalar,Zəhra Vəliyeva, Əlihüseyn Hadıyev şeir söylədilər. Eləcə də Leyla Atababayeva “Şuşanın dağları” və “Xarı bülbül” mahnısı sədaları altında rəqs etdi.

Mədinə Musayeva və Leyla Atababayeva Azərbaycan-Türkiyə dostluğuna həsr olunan rəqs çələngini nümayiş etdirdilər.

Bilal Babazadə isə Qarabağa aid mahnı səsləndirdi.

Məktəbin Xor kapellası isə iki gözəl əsər nümayiş etdirdi.

Tədbirin sonunda məktəbin direktoru Esmira Məmmədova çıxış etdi. Çıxışında tədbirdə iştirak edən şagirdləri və tədbir təşkilatçılarını təbrik etdi. Təşkilatçılara- İlahə Quliyeva və Afət Orucovaya gözəl tədbir ərsəyə gətirdikləri üçün təşəkkürünü bildirdi.S onda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi