“Yol hərəkəti təhlükəsizliyi Qaydalarına əməl edək!” adlı tədbir
Sabunçu rayonu Maştağa qəsəbəsi Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəbdə “Yol hərəkəti təhlükəsizliyi Qaydalarına əməl edək!” layihəsi çərçivəsində “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi sədri Namiq Nəcəfov tərəfindən tədbir keçirilmişdir. Tədbirdə qonaqlar Yol Patrul Xidməti İnspektoru Ağamalıyev Namiq, Yol Nəqliyyat hadisələri üzrə inspektoru Hüseynov Sənan, məktəbin direktoru Esmira Məmmədova , məktəbin sinifdənxaric məktəbdənkənar işləri üzrə təşkilatçısı Quliyeva İlahə, məktənin təsərrüfat işləri üzrə direktor müavini, həmçinin YAP Maştağa qəsəbəsi təşkilatının sədr müavini Əliyeva Günel, Fransız dili müəllimi həmçinin Bələdiyyə üzvü Şərqiyyə Rzayeva, məktəbin psixoloqu Bayramova Tükəzban, ibtidai sinif müəllimləri Aslanova Aynur,Kazımova Xırdaxanım, Mahmudova Mehriban, Abbaslı Səhər, Rzayeva Aynur və məktəb şagirdəri iştirak etmişlər. Təşkilatın sədri Namiq Nəcəfov tədbiri açıq elan edərək şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları haqqında məlumat verdi, onların kiçik yaşlarından başlayaraq bilməsinin vacibliyini vurğuladı.Tədbirə həmçinin valideynlər də cəlb olunmuşdu. Tədbirə dəvət alan qonaqlar da çıxış edərək bütün deyilənləri bir daha təsdiqlədilər, yol hərəkətinin nizamlanmasında, piyada və sürücülərin yol hərəkəti qaydalarına düzgün riayət olunmasında məsuliyyətli olmalarını tövsiyyə etdi. Tədbirə yuxarı sinif şagidlərindən ibarət könüllülər də cəlb olunmuşdu. Könüllülər ibtidai sinif şagirdləri ilə birlikdə əyani şəkildə işiqforun rəngli işıqlarından istifadə edərək səhnəciklər nümayiş etdilər. Tədbirin sonunda təşkilatın sədri N. Nəcəfov şagirdləri hədiyyələri ilə mükafatlandırdı.