“Yol hərəkəti təhlükəsizliyi Qaydalarına əməl edək!” layihəsinin təqdimatı

     Azərbaycan Respublikasının Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sabunçu rayonu Maştağa qəsəbəsi Cavid Nurməmmədov adına 108 nömrəli tam orta  məktəbdə “Yol  hərəkəti  Təhlükəsizliyi  Qaydalarına əməl edək!” layihəsi çərçivəsində “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi tərəfindən məktəbin pedaqoji kollektivi  ilə layihənin təqdimatı keçirilmişdir.

   Təqdimatda   məktəbin direktoru Esmira Məmmədova , məktəbin Sinifdənxaric məktəbdənkənar işləri üzrə təşkilatçısı Quliyeva İlahə. psixoloqlar Bayramova Tükəzban, İsmayılzadə Aytac, ibtidai sinif müəllimləri Aslanova Aynur, Kazımova Xırdaxanım, Mahmudova Mehriban, Abbaslı Səhər və digərləri iştirak etmişlər.   Məktəbin direktoru E.Məmmədova çıxış edərək yol hərəkəti qaydalarının əməl olunmasının vacibliyini qeyd etdi.

  "Yol  hərəkəti  təhlükəsizliyi  Qaydalarına əməl edək!” layihəsi barəsində N.Nəcəfov ətraflı məlumat verdi, ibtidai sinif müəllimlərinin suallarını cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi