Sinfin idarə olunması təlimi
Məktəbdə "Sinfin idarə olunması" təlimi keçirildi. Təlimdə məktəb rəhbərliyi və V-XI sinif rəhbərləri iştirak edirdi. Təlimi ibtidai sinif müəllimi Rzayeva Aynur təşkil etmişdir. Təlimdə geniş müzakirələr aparılaraq sinfin effektiv idarəedilməsi üçün müxtəlif texnika və strategiyalardan danışılmışdır. Bunlardan: gözlənti, prosedur qayda, sinifdaxili konfliktlərin həll edilməsi və s. misal göstərmək olar. Növbəti təlim " Formativ qiymətləndirmə- konstruktiv rəyin verilməsi" olacaq.