Oriqami Uşaq və Yeniyetmələr İctimai Birliyinin sədri ilə görüş keçirildi.
28.09.2022-ci il tarixində məktəbimizdə "Oriqami Uşaq və Yeniyetmələr İctimai Birliyi" sədrinin məktəb rəhbərliyi və kollektivi ilə görüşü keçirildi. Görüşdə təşkilatın sədri Namiq Nəcəfov bildirdi ki, sentyabr ayından başlayaraq üç ay müddətində bizim məktəbdə ibtidai siniflərin bazasında "Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!" layihəsinin icrası gözlənilir. Layihənin məqsədi məktəblilər tərəfindən yol hərəkəti qaydalarının öyrənilməsinə diqqəti artırmaq, yeni məlumatlar,yeni biliklər və yeni praktik vərdişlər əldə etməkdir.