Məktəbdə "Fiziki Tərbiyə " aylığı keçirilib
2016-2017 ci tədris ilinin oktyabr ayı "Fiziki tərbiyə" aylığı elan edilmişdir. Aylıq ərzində keçiriləcək tədbirlər üçün fəaliyyət planı tərtib edilmişdir. Fəaliyyət planına əsasən məktəbin foyesində aylığa həsr edilən guşə yaradılmışdır və bütün görülən işlər barədə məlumatlar işıqlandırılmışdır. V sinif şagirdləri arasında "Hərəki fəaliyyətin orqanizmə təsiri" mövzusunda fiziki tərbiyə müəllimi Əsədov Vüqar tərəfindən söhbətlər aparılmışdır. V sinif şagirdləri arasında "Şən startlar " yarışları keçirilmişdir. Yarışların nəticələrinə əsasən V "C" sinfi - I yer, V"B" sinfi-II yer, V"A" sinfi isə III yerə layiq görülmüşdür. IX sinif şagirdləri ilə "Olimpiya oyunlarının tarixi və Azərbaycan Olimpiya komandasının nailiyyətləri" mövzusunda IX "A" sinif şagirdi Hüseynzadə Mehriban məruzə aparımışdır. Fəaliyyət planına əsasən VIII-IX-X sinif şagirdləri komandaları arasında futbol yarışları olimpiya sistemi ilə keçirildi. Nəticələrə əsasən X sinif -I yerə, IX "C" sinfi -II yerə, VIII"C" sinfi-III yerə layiq görülmüşdür. IX--XI sinif şagirdləri arasında basketbol yarışları keçirildi. X sinif -I yerə, IX "A" sinfi II yerə layiq görüldü. Aylıq ərzində "Şahmat birinciliyi" də keçirilmişdir. Yarışda 12 şagird iştirak etdi. VII"C" sinif şagirdləri Rzayev Əbdüləli və Rzayeva Umsəliməxanım birirnciliyin qalibi seçilmişlər.